AZ

NDU və Referans Naxçıvan Tibbi Mərkəzi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb

ain.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Naxçıvan Dövlət Universitetində keçirilən görüşdə ali təhsil ocağının rektoru Elbrus İsayev,  Referans Naxçıvan Tibbi Mərkəzinin direktoru Ülvi Əkbərov və hər iki qurumun rəhbər şəxsləri iştirak ediblər.

XQ xəbər verir ki, qarşılıqlı əməkdaşlığın müzakirə olunduğu görüşdə tərəflər perspektivdə planlaşdırılan sahələrdə mövcud təcrübələrin bölüşülməsi, ortaq fəaliyyətlərin aktiv işbirliyinə hədəfləndiyi və uğurlu əməkdaşlığın nəzərdə tutuluduğunu ifadə edib. Görüşdən məmnunluq qeyd olunub, kadr hazırlığında keyfiyyətin daha da yüksəldilməsinə, əmək bazarında peşəkar kadrların formalaşmasına təşəbbüskar tərəflər  kimi gözləntilərin olduğu vurğulanıb. Həmçinin dövlət-universitet işbirliyi ilə yanaşı, özəl qurumlar ilə əməkdaşlığın da önəminə diqqət çəkilib.

Memorandum çərçivəsində hər iki tərəf yerli və əcnəbi tələbələrin tibbi müayinələrdə iştirakının təşkil olunması istiqamətində razılığa gəlib. Eyni zamanda Türkiyə Respublikasından və Bakı şəhərindən dəvət olunmuş professorlar, həkimlər və digər tibb mütəxəssislərinin iştirakı ilə universitet daxilində praktiki dərslərin keçirilməsinin təmini yönündə birgə fəaliyyətlər nəzərdə tutulub. Eləcə də tələbələr və əməkdaşlar üçün Referans Tibb Mərkəzlərinin  bütün filial və müəssisələrində  tibbi xidmətlərdə güzəştlər və endirimlərin tətbiqi, Tibb fakültəsinin tələbələri üçün klinik baza imkanını təşkil etmək yönündə razılıq əldə olunub.

Tərəflər arasında  birgə əməkdaşlıq sahələrində planlaşdırılan ortaq fəaliyyətlərin təşkili, memorandumdan irəli gələn məsələlərin operativ həlli məqsədi ilə məsul şəxslər təyin edilib, işçi qrupların yaradılmasına qərar verilib.

Sonda Naxçıvan Dövlət Universiteti və Referans Naxçıvan Tibbi Mərkəzi arasındaəməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb, qarşılıqlı hədiyyələr təqdim olunub və birgə xatirə fotosu çəkdirilib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
3
2
xalqqazeti.az

3Mənbələr