ain.az bildirir, Sia Az saytına əsaslanaraq.
Qarabağın və Şərqi Zəngəzurun çox böyük kənd təsərrüfatı potensialı var. SİA xəbər verir ki, bunu 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda jurnalistlərə açıqlaması zamanı kənd təsərrüfatı naziri Məcnun Məmmədov deyib.
“Azərbaycan sosial, iqtisadi, siyasi istiqamətlərdə stabil ölkədir. Bu tədbirdə Qarabağ və Şərqi Zəngəzurdakı investisiya imkanları dəyərləndirilir. Orada hazırda müxtəlif sahələrdə investisiyalar həyata keçirilir. Xüsusilə müasir suvarma sistemlərinə ciddi yatırımlar olur. Həmçinin müxtəlif qida emalı layihələri də həyata keçirilməsi nəzərdə tutulub”, - deyə nazir əlavə edib.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.