Gəncə, 22 sentyabr, Elcan Məmmədov, AZƏRTAC
Azərbaycan Texnologiya Universitetində tələbələr arasında ilk dəfə olaraq “AI hackathon” keçiriləcək. Süni intellekt hakatonu “Gələcəyin texnologiyalarına addım” devizi ilə təşkil ediləcək.
Universitetdən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, oktyabrın 28-dən 30-dək keçiriləcək yarışda tələbələr texnoloji həllər, animasiya və oyun mövzuları üzrə komandalar şəklində mübarizə aparacaq, süni intellekt və innovativ yanaşmalarla öz ideyalarını təqdim edəcəklər.
Qeydiyyat oktyabrın 18-dək aparılacaq.
Ətraflı məlumatı linkdən əldə etmək olar.