Abşeron rayonu Saray qəsəbəsində sürücülər hər gün eyni mənzərə ilə qarşılaşırlar. Yaranan vəziyyət həm də əraqzidə yaşayan digər sakinləri də narahat edir.
Avtosfer.az xəbər verir ki, General Məhəmməd Əsədov küçəsində, Araz marketin və Feyxoa restoranının qarşısında illərdir aradan qaldırılmayan dərin çuxur həm avtomobillərə, həm də insanlara əziyyət verir. Vətəndaşların tez-tez istifadə etdiyi bu küçə yağışlı havalarda daha əlverişsiz vəziyyətə düşür. Belə ki, çuxur su ilə dolur, nəticədə maşınların üst-başı çirklənir, yol boyu hərəkət çətinləşir.
Məsələ təkcə avtomobillərin çirklənməsi ilə bitmir, həmin küçədə tez-tez tıxac yaranır, sürücülər əlavə vaxt itirirlər. Yaxınlıqda yaşayan sakinlər dəfələrlə aidiyyəti qurumlardan problemin həll edilməsini istəyirlər. Onların sözlərinə görə, yolun ortasında yaranan bu vəziyyət vətəndaşlara gündəlik çətinlik yaradır.
Fidan