Ukrayna ordusu Rusiyanın Krımdakı hərbi hava bazasına növbəti dəfə hücum edib.
Bu barədə Ukrayna Baş Kəşfiyyat İdarəsi məlumat yayıb. Məlumata görə, sentyabrın 21-də baş verən hücum nəticəsində iki ədəd sualtı qayıq əleyhinə B-12 “Çayka” təyyarəsi və bir ədəd Mi-8 helikopteri məhv edilib.
Qeyd edilib ki, B-12 "Çayka" ilk dəfədir vurulur.
Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 13.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyə bilərsiz. Qonağımız siyasi ekspert Azər Həsrətdir. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.