AZ

Səfir: Çin unikal coğrafi üstünlüklərə malik olan Cənubi Qafqaz və...

ain.az, Mia.az portalına istinadən məlumatı açıqlayır.

Çin unikal coğrafi üstünlüklərə malik olan Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarına böyük əhəmiyyət verir.

Mia.az xəbər verir ki, bunu Çinin Azərbaycandakı səfiri Lu Mey I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (AIIF 2025) çıxışı zamanı bildirib.

"Cənubi Qafqaz və Mərkəzi Asiya unikal coğrafi üstünlüklərə malik olaraq həm regional, həm də qlobal miqyasda əhəmiyyətli rol oynayır. Bu region (Cənubi Qafqaz - red.) Asiya və Avropanı birləşdirən bir çarpazda yerləşir və onlar arasında mühüm nəqliyyat qovşağına çevrilmək üçün möhkəm təməl və potensiala malikdir. Çin bu regiona böyük əhəmiyyət verir", - o qeyd edib.

Səfirin sözlərinə görə, gələcəkdə Pekin Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri ilə ticarət və investisiyalar, nəqliyyat əlaqəsi, energetika, "yaşıl" və rəqəmsal innovasiyalar, həmçinin humanitar mübadilələr kimi sahələrdə əməkdaşlığı gücləndirmək niyyətindədir.

Diplomat, həmçinin Pekin və Bakı arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu qeyd edib.

O vurğulaylb ki, Çin və Azərbaycan etibarlı tərəfdaşlardır: "Sədr Si Cinpinin və Prezident İlham Əliyevin strateji rəhbərliyi və liderliyi altında Çin və Azərbaycan arasında hərtərəfli strateji tərəfdaşlıq siyasi etimadı gücləndirərək və praktiki əməkdaşlığı yeni səviyyəyə qaldıraraq çox sürətlə inkişaf edir"(Report).

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
1
1
mia.az

2Mənbələr