AZ

Azərbaycanlı bəstəkar London müsabiqəsində birinci yerə layiq görüldü

Bəstəkar Lalə Cəfərova Londonda keçirilən “Golden Time Talent” müsabiqəsinə göndərdiyi simfonik orkestr üçün “Sumela” poemasına görə I yerə layiq görülərək diplom və sertifikatla təltif olunub.

Kulis.az xəbər verir ki, bu barədə bəstəkarın özü məlumat verib.

O, simfoniya, fortepiano və simfonik orkestr üçün konsertlərin, kamera, instrumental və vokal, caz əsərlərinin, marşların və mahnıların, ikipərdəli “Bir Xəzər əfsanəsi” baletinin, bədii-sənədli film musiqisinin, 9 dərs vəsaitinin, bir sıra elmi məqalələrin müəllifidir.

Qeyd edək ki, Lalə Cəfərova Şərq aləmində Azərbaycanın ikipərdəli balet yazan ilk qadın bəstəkarıdır.

Seçilən
3
1
kulis.az

2Mənbələr