Sentyabrın 22-də Yerdə geomaqnit qasırğasının pisləşəcəyi gözlənilir.
Bu barədə Rusiya Elmlər Akademiyasının Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb.
"Gün ərzində proqnoz: geomaqnit şərait – geomaqnit dalğalanmalarının gözlənildiyi bildirilir. Alovlanma aktivliyi – yavaş artan, Yer üçün orta səviyyəli risklərlə müşayiət olunur”, - məlumatda qeyd olunub.
Laboratoriyanın saytında yerləşdirilən qrafikə əsasən, maqnit qasırğalarının olma ehtimalı 51% təşkil edir.