AZ

Alimlər kainatda 10 milyard il səyahət etmiş radiosiqnalı deşifrə etdi

Qaynarinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

2024-cü ilin mart ayında Yer kürəsinə uzaq kosmosdan sürətli radiosiqnal çatıb. Cəmi bir neçə millisaniyə davam edən bu hadisə - FRB 20240304B - Günəşin bir neçə gündə yaydığı enerji qədər güc buraxıb.

Qayanrinfo earth.com-a istinadə xəbər verir ki, siqnal əvvəlcə Cənubi Afrikadakı "MeerKAT” radioteleskopu ilə qeydə alınıb, daha sonra isə Ceyms Uebb Kosmik Teleskopu vasitəsilə gəldiyi qalaktika təsdiqlənib.

Alimlərin sözlərinə görə, bu tip sürətli radiopartlayışlar (FRB) öz yolunda keçdiyi maddənin izlərini daşıyır. Siqnal ionlaşmış qazla - plazma ilə qarşılıqlı təsirə girərək, maddənin sıxlığı və maqnit sahələri haqqında məlumat saxlayır. Bu, kainatda maddənin paylanmasını daha dəqiq xəritələşdirməyə imkan verir.

FRB-lərin mənbəyinin, güclü maqnit sahəsinə malik olan gənc ulduzların partlayış qalıqları - maqnetarlar olduğu ehtimal edilir.

Araşdırmaya Sidney Universitetindən Manisha Kaleb rəhbərlik edib. Nəticələrə görə, FRB 20240304B kainatın təxminən 3 milyard illik dövründə - "kosmik günorta” adlanan mərhələdə baş verib. Bu, kainatda ulduz yaranmasının ən yüksək həddə çatdığı dövrdür.

Alimlər bildiriblər ki, belə siqnallar kiçik qalaktikalarda da güclü radio mühərriklərin mövcud ola biləcəyini göstərir. Bu isə həm FRB mənbələrinin öyrənilməsi, həm də gələcək müşahidə proqramlarının istiqamətləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Aydın

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
2
qaynarinfo.az

1Mənbələr