AZ

Pentaqon jurnalistlər üçün yeni qaydalar hazırlayır

Pentaqon

ABŞ Müdafiə Nazirliyi yeni qaydalar tətbiq edib. Həmin sənədə əsasən, jurnalistlər yalnız nazirlik rəsmiləri tərəfindən təsdiqlənmiş dəqiq məlumatları dərc edə biləcəklər.

Reyting.az
-ın məlumatına görə, "The Washington Post" nəşri yazıb ki, yeni tələblərə cavab verməyən jurnalistlərin Pentaqona giriş icazəsi ləğv olunacaq.

Qaydalar həm də gizli olmayan, bununla belə, rəsmi təsdiq tələb edən sənədlərə də şamil olunacaq.

Nazirlikdən bildiriblər ki, bu qaydalar milli təhlükəsizliklə yanaşı əməkdaşların qorunmasına xidmət edir. Yeni tələblərin təxminən iki-üç həftə ərzində qüvvəyə minəcəyi gözlənilir.

Qeyd edək ki, 2025-ci ilin əvvəlində Pentaqonun bir çox qurumları barəsində materiallar dərc etdiyinə görə, "Politico", "The Washington Post", "The New York Times", eləcə də nüfuzlu "NBC News" və CNN kimi nüfuzlu media təmsilçilərinin akkreditasiyası geri alınıb. Bu isə "Siqnalgate" qalmaqalından sonra baş verib.

Oqtay QORÇU
Seçilən
0
1
reyting.az

2Mənbələr