AZ

Ərdoğan: Trampla bu məsələləri müzakirə edəcəyik

"Trampla görüşdə əsasən regional məsələlər, xüsusilə Suriya müzakirə olunacaq. Yaxın Şərqdə atılan hər bir addım bizim üçün həyati əhəmiyyət kəsb edir. Bu, çox-çox vacibdir".

Ölkə.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Donald Trampla planlaşdırılan görüşü barədə danışarkən deyib. 

Ərdoğanla Tramp arasında görüş  sentyabrın 25-də Vaşinqtonda baş tutacaq.

Türkiyə prezidenti daha əvvəl bəyan edib ki, ABŞ prezidenti ilə bir sıra ikitərəfli məsələləri, o cümlədən müdafiə sahəsində əməkdaşlıq və silah alışını müzakirə etmək niyyətindədir. Gündəliyin ən mühüm beynəlxalq məsələlər arasında Fələstin, Suriya və İsrailin bölgədəki hərəkətləri olacaq.

Ərdoğan BMT Baş Assambleyası çərçivəsində Suriyanın müvəqqəti prezidenti Əhməd əl-Şaraa ilə görüşünün planlaşdırıldığını  bildirib.

MHP lideri Dövlət Baxçalının Türkiyə, Rusiya və Çin arasında regional təhdidləri neytrallaşdırmaq üçün mümkün ittifaqla bağlı bəyanatını şərh edən Ərdoğan deyib ki, açığını desəm, mən bu məsələni tam izləməmişəm, amma qoy olduğu kimi olsun.

Mürtəza

Seçilən
6
50
olke.az

10Mənbələr