AZ

Əhmədzadənin həbsi "zəlzələyə" səbəb olacaq - Jurnalist

“Adnan Əhmədzadənin həbsi Azərbaycan futbolunda da növbəti "zəlzələyə" səbəb olacaq. Bakıda açılması planlaşdırılan "Barselona" akademiyası, "Marset"dəki uşaq futbolçularımız, ASTA Mingəçevir, "Kəpəz"... Bu layihələrə, klublara sponsorluqda Adnan Əhmədzadənin adı hallanırdı. "Marset"dəki uşaqların aqibəti necə olacaq?”


Bakupost.az xəbər verir ki, bu fikirləri idman jurnalisti Anar Şabanoğlu bildirib. O, son hadisələr fonunda Azərbaycan futbolu ilə bağlı narahatlığını dilə gətirib:

“Gəncə futboluna dərd gələndə batmanla gəlir...Mövsümün startında hər 5 oyunu uduzub turnir cədvəlində son pillədə qərarlaşan "Kəpəz" Adil Şükürovla yollarını ayırıb. Ötən mövsüm də eyni ssenari təkrarlanmışdı. Amma onda Azər Bağırov komandanı toparlamağı bacardı və elitada saxladı. İndi heç Azər Bağırovun da bu vəzifənin öhdəsindən gələcəyi inandırıcı görünmür. Çünki, komandanın heyəti ötənilki ilə müqayisədə çox bərbaddı.

"Kəpəz"in elitada qalmasında ən böyük pay sahibi bəlkə də qapıçı Rojerio Santos idi. Amma klubun yeni rəhbərliyinin ilk işlərindən biri portuqaliyanı göndərmək oldu. Rojerionun əvəzinə alınan Kaçper Roşa ümidləri doğrultmadı və son 2 turda ehtiyatda qaldı.

Digər yeni futbolçular da ötən mövsüm komandanı premyer liqada saxlayan heyətdəkilərdən zəifdi. Buna baxmayaraq maaşları onlardan xeyli çoxdu... Paradoks...

Bütün bunlar azmış kimi klub İdarə Heyətinin sədri Adil Vəliyevin başının üzərini qara buludlar alıb. Adnan Əhmədzadənin "sağ əli" kimi tanınan Vəliyevin durumunun məlum həbsdən sonra necə olacağı sual altındadı.

Xatırladaq ki, Vəliyev bu vəzifəyə heç 2 ay deyil ki, təyin edilib.
Azərbaycan futbolunda növbəti zəlzələ gözlənilir, episentri isə deyəsən Gəncəyə düşəcək...”

Seçilən
13
1
yenilik.az

2Mənbələr