Azərbaycanda ÜDM-də neft və qazın əhəmiyyətli payı var. Amma bu pay artıq 50%-dən aşağıdır. İxracımızda isə neft və qazın payı hələ də böyükdür.
“APA-Economics” xəbər verir ki, bunu Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda panel müzakirəsi zamanı iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli deyib.
O qeyd edib ki, son altı ildə qeyri-neft ixracımız iki dəfə artıb:
“Neft-qaz iqtisadiyyatı üçün əsas problemimiz diversifikasiyadır. Məqsədimiz də diversifikasiyadır. Biz iqtisadiyyatımızı şaxələndirməyə çox illər əvvəl başlamışıq. Müəyyən dərəcədə buna nail olmuşuq. Amma hələ də bu prosesi davam etdiririk”.