AZ

Premyer Liqa, I Liqa və II Liqa klubları pulsuz qaldı

AFFA ölkə çempionatında çıxış edən klublar qarşısında götürdüyü maliyyə öhdəliyini yerinə yetirməkdə problemlə üzləşib.

Aldığımız məlumata görə, Premyer Liqa, I Liqa və II Liqa təmsilçiləri hələ avqust ayına aid yardım paketini ala bilməyib.

Federasiyadan onların diqqətinə çatdırılıb ki, ödəmələrin gecikməsi müəyyən məsələlərlə əlaqədardır, o üzdən hələ bir neçə gün gözləmək lazım gələcək.

Qurum maliyyə yardımının gələn aylarda da davam etməyəcəyinə zəmanət vermir. Yəni ki, hər şey ola bilər, yaşayırıq, görərik.

AFFA 2022-ci ildən bəri ölkə çempionatının iştirakçılarına aylıq ödəmə edir. Məbləğ yarışın statusuna görə dəyişir.

Premyer Liqa mənsubları 2,5 milyon manat alırsa, I Liqada qüvvəsini sınayanlara 30 min manat çatır. II Liqada mübarizə aparanlara verilən məbləğ isə 5800 manat təşkil edir.

Federasiya, adətən, hər ayın ilk 15 günü ərzində klubların bank hesabını vəsaitlə «doldurur». Öncəki mövsümlərdə ödəmə paketinin bir neçə dəfə gecikmə halına rast gəlinib, belə yubanma isə ilkdir.

SPORTİNFO.AZ

Seçilən
6
sportinfo.az

1Mənbələr