AZ

Xabi Alonso Ardadan danışdı

"Real Madrid"in baş məşqçisi Xabi Alonso komandanın gənc futbolçuları Cud Bellinqem və Arda Güller barədə fikirlərini bölüşüb.

"Cebheinfo.az" Yenisabah.az-a istinadən xəbər verir ki, o, hər iki yarımmüdafiəçinin meydanda bir-birini çox yaxşı tamamladığını vurğulayıb:

“Onlar oxşar mövqelərdə çıxış etsələr də, birlikdə oynamaqda problem yoxdur. Bellinqem geniş oyun diapazonu ilə seçilir, Arda isə onunla qarşılıqlı oyunda böyük üstünlük yaradır. Bu, mənə Valverde, Çuameni və San-Sebastyanda yaxşı performans göstərən Sebalyosla onları müxtəlif kombinasiyalarda birləşdirmək imkanı verir. Komandanın idarə olunması baxımından yeni seçimlər açılır”.

"Cebheinfo.az"

Seçilən
11
1
cebheinfo.az

2Mənbələr