AZ

ŞAD XƏBƏR: Uşaqlar və tələbələr üçün GEDİŞ HAQQI 25 QƏPİYƏ ENDİRİLƏ BİLƏR

Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Arzuxan Əlizadə Azərbaycanda ictimai nəqliyyatdan istifadə edən azyaşlılar və tələbələr üçün gediş haqqının yarısının, yəni 25 qəpik müəyyən edilməsi barədə təkliflərə münasibət bildirib.

 

Sədr müavini Pravda.az-a açıqlamasında deyib ki, Azərbaycanda beş yaşadək uşaqlar üçün ictimai nəqliyyatdan istifadə pulsuzdur.

 

“Beş yaşadək məktəbəqədər hazırlığa və məktəbə gedən uşaqlar, eləcə də tələbələr üçün əlavə güzəştlər nəzərdə tutulması olduqca məqsədəmüvafiq olar. Bu, beynəlxalq təcrübədə də var. Dünya təcrübəsində belədir ki, həm məktəb yaşlı uşaqlar, həm də tələbələr üçün nəqliyyat istifadə məqsədilə aylıq və illik güzəştli şərtlərlə abonomentlər verilir. Bu abonomentlər onların avtobuslardan, eləcə də metrodan istifadə etmələrinə şərait yaradır. Bu qaydanın ölkəmizdə tətbiqi olduqca müsbət qarşılanar, ailələrin büdcəsinə əlavə yardım olar. Tələbələr də büdcələrinə qənaət etmiş olarlar. Uşaqların və tələbələrin ictimai nəqliyyatdan istifadə etmələri üçün əlavə stimul yaranar ki, bu da təqdirəlayiqdir. Hesab edirəm, Azərbaycanda da eyni təcrübədən istifadə edilməlidir və qarşıdakı dönəmdə istifadə ediləcək. Bununla bağlı təkliflər müqabilində bizdə də tətbiq olunması istisna edilmir”, - deputat deyib.

 

Aytəkin Qardaşova

Tarix: 22 Sentyabr 2025, 15:08   
Seçilən
3
8
pravda.az

9Mənbələr