AZ

Taksi qiymətləri ilə bağlı RƏSMİ AÇIQLAMA

 "Taksilərin qiyməti tənzimlənən qiymətlər deyil. Taksilərin qiyməti bazarın təsirləri əsasında formalaşmalıdır. Ödənişli zonaların taksi fəaliyyətinə təsiri hazırda açıq sualdır".

Bakıvaxtı.az APA-ya istinadla xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev Prezident İlham Əliyevin avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşınması sahəsinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında fərmanından irəli gələn məsələlərə həsr edilən brifinqdə deyib.

"Növbəti 3 ay ərzində bu məsələ araşdırılacaq. Taksilərin gəlirləri də nəzərə alınacaq. Hazırda bununla bağlı proqnoz vermək çətindir, çünki bu, ciddi hesablamalar tələb edir. Hər bir qərarın arxasında ciddi iqtisadi əsaslandırma dayanmalıdır. Hökumətin tələbi budur", - deyə A.Rzayev əlavə edib.

Seçilən
4
31
bakivaxti.az

10Mənbələr