AZ

Benlə Cey Lo ipoteka ilə aldıqları evə görə bir araya gələcək

Olay.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Benlə Cey Lo ipoteka ilə aldıqları evə görə bir araya gələcək

Boşanmış aktyor cütlük Ben Afflek və Cennifer Lopez Beverli-Hillzdəki ipoteka ilə aldıqları malikanə məsələsini həll etməli olacaqlar.

OLAY yazır ki, bu barədə TMZ yazıb.

Cütlük ailə evinin qiymətini aşağı salıb və hazırda onu 52 milyon dollara satışa çıxarıb. Bu məbləğ, 2024-cü ilin iyulunda ev ilk dəfə satışa çıxarılanda qoyulan qiymətdən 16 milyon dollar azdır. 2025-ci ilin iyulunda isə ev satışdan çıxarılmışdı.

Keçmiş ər-arvad bu evi almaq üçün 20 milyon dollarlıq ipoteka götürüblər, ümumilikdə isə evə 60 milyon dollar xərcləyiblər. Malikanədə 12 yataq otağı, 24 vanna otağı var. Hazırda Cennifer Lopez hələ də həmin evdə yaşayır.

Afflek 2024-cü ilin iyulunda ailə evindən köçərək başqa yerdə 20,5 milyon dollara malikanə alıb, daha sonra isə elit yaşayış kompleksində mənzil əldə edib. Kompleks hələ də tikinti mərhələsindədir. Cey Lo isə ayrıca öz evi ilə təmin olunub və orada təmir işləri aparır.

Xatırladaq ki, 16 iyul 2022-ci ildə Cennifer Lopez və Ben Afflek ilk nişanlarından 20 il sonra evləniblər. 20 avqust 2024-cü ildə isə onların boşandığı məlum olub. Aktrisa Los-Anceles Ali Məhkəməsinə vəkillərsiz sənəd təqdim edib və ərindən ayrılma tarixini 26 aprel olaraq göstərib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
1
olay.az

2Mənbələr