"Nadirdən soruşuram ki, təzə gəlin necədir? Deyir ki, heç evdə tapılır ki... Gəzirlər özləri üçün. Nadirin pullarını xərcləyirlər, nə veclərinə".
M.İsgəndərlinin sözlərini təsdiqləyən Qafarzadə bunları əlavə edib:
"Biz övlad üçün hər şey etməyi borc bilirik: böyüdürük, təhsil veririk, toy edirik, sonra da ailəsinə kömək etməyi borc bilirik. Xaricdə isə belə deyil. Bizim ömürboyu əlimiz üzərində olur. Allah bizə ruzi versin əlimiz övladın üstündə olsun". (Axşam.az)