AZ

Oturacağı qırıq avtobus xəttə sərnişin daşıdı — VİDEO

Ötən gün xəttə buraxılan avtobusun oturacağı qırıq olub.

Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə göndərilib.

Sərnişinin sözlərinə görə, Müşfiqabad qəsəbəsindən metronun "20 Yanvar" istiqamətinə hərəkət edən avtobusda qeydə alınıb. Bildirilib ki, bu hal ilk dəfə deyil ki yaşanır:

"Həmin istiqamətdə hər zaman xəttə köhnə avtobuslar buraxılır. Oturacaqlar tozlu, çirkli olur, lakin ən pisi onların qırıq-sökük halda olmasıdır".

Sözügedən görüntüləri təqdim edirik:

 
Seçilən
1
2
demokrat.az

3Mənbələr