İsrail öz vətəndaşlarını qorumaq üçün böyük itkilər verib və bunun soyqırım ilə əlaqəsi yoxdur.
Axar.az xəbər verir ki, bu sözləri ABŞ-ın İsraildəki səfiri Mayk Hukabi deyib.
“İsrail sərhədi keçərək onların ailələrini qətlə yetirən hücumlara qarşı mülki əhalini qorumaq üçün öz oğul və qızlarını qurban verib”, - səfir əlavə edib.