AZ

ADSEA və ACWA Power şirkəti ilə anlaşma memorandumu imzalayıb

Xalqcebhesi saytına istinadən ain.az xəbər verir.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Meliorasiya Elmi-Tədqiqat İnstitutu və Səudiyyə Ərəbistanının "ACWA Power" şirkəti arasında su və torpaq sahəsində bilik və təcrübə mübadiləsi üzrə Anlaşma Memorandumu imzalanıb.

"Report" xəbər verir ki, bu, Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF-2025) çərçivəsində baş tutub.

Sənədi İnstitutun İdarə Heyətinin sədri Mir Mövsüm Dadaşov və "ACWA Power"in Azərbaycan və Türkiyə üzrə Baş Meneceri Selim Güven imzalayıb.

Saziş institutun fəaliyyət sahəsində elmi-texniki əməkdaşlığın gücləndirilməsinə yönəlib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
32
1
icma.az

2Mənbələr