AZ

Astarada leysan torpaq sürüşməsinə səbəb olub

Azərbaycanın cənub bölgəsində müşahidə olunan güclü leysan yağışları Astarada torpaq sürüşməsinə və infrastruktur zərərinə səbəb olub. Bu barədə APA məlumat yayıb.

Niləşə kəndində baş verən sürüşmə nəticəsində təxminən 100 metr uzunluğunda ərazi torpaq qatı altında qalıb. Hadisə zamanı kənd sakini Günay Ruhşanovaya məxsus həyətyanı sahə zərər görüb.

Siyəkü kənd bələdiyyəsinin sədri Ramin Dədəyev bildirib ki, sürüşmə baş verən ərazi meşə təsərrüfatına aid massivdə yerləşir. Vətəndaşın müraciəti əsasında əraziyə baxış keçirilib və aidiyyəti qurumlara məlumat verilib.

Leysan nəticəsində həmçinin dağlardan gələn sel suları yollar və körpülərə ziyan vurub, bəzi suötürücü boruların qarşısını torpaq və ağac tullantıları bağlayıb. Hazırda ərazidə təmir və təmizləmə işləri aparılır.

Seçilən
8
anews.az

1Mənbələr