Azərbaycan və Beynəlxalq Maliyyə Korporasiyası (IFC) arasında "Dövlət-Özəl Tərəfdaşlıq (PPP) sahəsində Bacarıqların Artırılması üzrə Əməkdaşlıq" sazişi imzalanıb.
Bakıvaxtı.az xəbər verir ki, Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində baş tutan mərasimdə Sazişi Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və IFC-nin Avropa üzrə Regional Meneceri Tomas Lubek imzalayıblar.
Saziş PPP (Public-Private Partnerships) əməliyyatı məsləhət xidmətləri çərçivəsində tərəflər arasında bilik və təcrübə mübadiləsini nəzərdə tutur.