AZ

Türkiyə rekordu sahibi olan idmançı… – “Fənərbağça”nın yeni prezidenti kimdir?

Türkiyənin “Fənərbağça” klubunda Ali Koçun 7 illik prezidentlik dövrü başa çatıb. Dünən keçirilən fövqəladə seçkili ümumi yığıncaqda 24 min 393 etibarlı səsdən 12 min 325 səs toplayan Sadettin Saran klubun 38-ci prezidenti seçilib.
Qaynarinfo xəbər verir ki, “Saran Şirkətlər Qrupu”nun İdarə Heyətinin sədri olan Sadettin Saran 1964-cü ildə ABŞ-da anadan olub. Əslən Kırıkkalenin Keskin bölgəsindəndir. Təhsilini Türkiyədə alıb. 1984-1985-ci illərdə üzgüçülük üzrə Türkiyə milli komandasının kapitanı olub və 50 metr sərbəst üzgüçülükdə Türkiyə rekordunu qırıb.
Milli idmançı təqaüdü ilə ABŞ-da təhsil alan Saran bir müddət Arkansas ştatında işləyib. 1988-ci ildə Türkiyəyə dönərək Mədəniyyət və Turizm Nazirliyində müşavirlik edib. 1989-cu ildə “Saran İnternational” şirkətini quraraq öz holdinqinin əsasını qoyub. “Saran Holdinq” bu gün media, aviasiya və müdafiə sənayesi sahələrində fəaliyyət göstərir.
2001-ci ildə “Fənərbağça”nın fövqəladə seçkili ümumi yığıncağında ilk dəfə klubun İdarə Heyətinə daxil olan Sadettin Saran burada futbol şöbəsinin rəhbərliyini də üzərinə götürmüşdü. Lakin 2003-cü ildə vəzifəsindən istefa verərək İdarə Heyətindən ayrılıb.
2004-cü ildə Almaniyanın məşhur klublarından “Borussia Dortmund”un səhmlərini alaraq ortaq olan Saran, bu payları 2005-ci ildə satıb.
Seçilən
0
1
tribunainfo.az

2Mənbələr