AZ

Astarada torpaq sürüşməsi baş verib

Azertag saytından alınan məlumata görə, ain.az bildirir.

Astara, 22 sentyabr, İlkin Adıyev, AZƏRTAC

Yağıntılı hava şəraiti Astara rayonunun Niləşə kəndində torpaq sürüşməsinə səbəb olub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, təqribən 100 metrə yaxın məqafədə torpaq sürüşərək, ətrafdakı evlər üçün təhlükə yaradıb. Kənd sakini Asif Fətəliyevə məxsus evə ziyan dəyib, həmçinin həyətyanı sahədəki sitrus ağacları və toyuq-cücə torpağın altında qalıb.

Bələdiyyə sədri Ramin Dədəyev bildirib ki, vətəndaşın müraciəti əsasında əraziyə baxış keçirilib və sürüşmə faktı barədə aidiyyəti qurumlara məlumat verilib.

O həmçinin deyib ki, dağlardan sel sularının gətirdiyi torpaq və ağac qırıntıları bəzi körpülərin və suötürücü boruların qarşısını kəsib. Hazırda həmin yerlərdə təmizləmə işləri görülür.

Qeyd edək ki, leysan xarakterli yağışlar rayonun digər kəndlərində də yollara və körpülərə zərər vurub.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
11
3
azertag.az

4Mənbələr