AZ

Yeni nəsil ağıllı cihazların təqdimatı

ain.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Parisdə keçirilən qlobal təqdimat tədbirində HUAWEI şirkəti “Ride the Wind” (“Küləyə hakim ol”) şüarı ilə yeni nəsil ağıllı cihazlarını nümayiş etdirib. Şirkət bununla texnologiyanı həm funksional, həm də hər kəs üçün əlçatan etməyə çalışır.

Həm estetik görünüş, həm də sağlamlıq və idman monitorinqi imkanları ilə istifadəçilərə yüksək keyfiyyət performansı vəd edən “HUAWEI WATCH GT 6” seriyası, “HUAWEI WATCH Ultimate 2” və “HUAWEI WATCH D2” ağıllı saatları daha çox diqqət cəlb edib. Həmçinin “HUAWEI nova 14” seriyası smartfonları, “HUAWEI FreeBuds 7i” simsiz qulaqlıqları və “HUAWEI MatePad 12 X” planşetinin də təqdimatı baş tutub. Şirkət eyni zamanda “Now is Yours” (“İndi sənin zamanındır”) fəlsəfəsini elan edib və “GoPaint 2025” beynəlxalq yaradıcılıq təşəbbüsünü işə salıb. 

Ü.QarayevXQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
1
xalqqazeti.az

7Mənbələr