AZ

Qurbanov Yankoviçin yerini kimlə dolduracaq? Açıqlama

News24 portalından verilən məlumata əsasən, ain.az bildirir.

"Qarabağ" futbol komandasının oktyabrın 1-i Çempionlar Liqasının əsas mərhələsində Danimarka təmsilçisi "Kopenhagen"lə qarşılacaq. 

Lakin hamının həyəcanla gözlədiyi bu oyunda  "Qarabağ"  futbol komandasının əsas heyətinin oyunçularından biri - Yankoviç zədəli olduğu üçün iştirak etməyəcək. 

Maraqlıdır, bəs Yankoviçin iştirak edə bilməməsi "Qarabağ"ın oyununa təsir edə bilərmi?  Ümumiyyətlə, "Kopenhagen"-"Qarabağ" qarşılaşmasından gözləntilər nələrdir?

Mövzu ilə bağlı News24.az-a açıqlama verən idman jurnalisti Anar Xanlarovun sözlərinə görə, "Qarabağ"-"Kopenhagen" olduqca çətin oyun olacaq: "“Kopenhagen” yad rəqib deyil. “Qarabağ” bu komandaya qarşı bir dəfə mübarizə aparıb və qələbə qazanaraq Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb. Bu fakt oyunu rəqib üçün prinsipial edir. Danimarka təmsilçisi əsasən, həmin oyunun revanşı üçün motivasiyalıdır. Həm bizi tanıyırlar, həm də revanş istəyi var".

Anar Xanlarov qeyd edib ki, “Qarabağ”ın səfərdə “Benfika” üzərində qələbəsi rəqibi daha ciddi və məsuliyyətli oynamağa məcbur edəcək: "Bununla belə, hesab edirəm ki, “Qarabağ”ın qələbə şansı az deyil. “Benfika”ya səfərdə qalib gələn komandanın evdə “Kopenhagen”ə qarşı ən azı uduzmayacağını gözləyirəm”.

Yankoviçin olmamasına gəlincə, o, açar oyunçunun yoxluğunun öz sözünü deyəcəyi qənaətindədir: “Böyük ehtimalla Qurban Qurbanov həmin mövqeyə Kadini çəkəcək. Kadinin mövqeyini kim əvəzləyəcəyini demək isə bir qədər çətindir. Yəqin ki, yeni transferlərdən biri də onun mövqeyində oynayacaq. Kimin oynayacağı və bunun necə effekt verəcəyi isə oyun günü məlum olacaq".

Xeyrənsə Piriyeva

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
19
1
news24.az

2Mənbələr