AZ

Elnur Rzayev 5 yaşı tamam olan şəhid övladını təbrik edib – FOTOLAR

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev 27 Sentyabr – Anım Günü ərəfəsində Şıxhaput kəndində şəhid Mahir Ağasəlim oğlu Məmmədovun ailəsini ziyarət edib.
Rayon rəhbəri şəhid ailəsi ilə həmsöhbət olub, qayğıları ilə maraqlanıb. Qeyd edilib ki, şəhidlər Vətən uğrunda canlarını fəda etməklə xalqımızın qəhrəmanlıq salnaməsinə yeni səhifələr yazıblar.
Görüş zamanı Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev şəhidin oğlu Səlim Məmmədovu 5 yaşı tamam olması münasibətilə təbrik edib, xoş arzularını çatdırıb və hədiyyə təqdim edib.
Seçilən
2
7times.az

1Mənbələr