AZ

Mənə sahib çıxmadılar, bunu unutmayacağam

Axsham.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Türkiyədə məşhur aktyor və aktrisaların meneceri, “İD Consultancy” şirkətinin sahibi Ayşe Barım "T24"dən Cansu Çamlıbelin suallarını cavablandırıb.

Axşam.az xəbər verir ki, hazırda həbsdə olan menecer vəkili vasitəsi ilə ona ünvanlanan suallara aydınlıq gətirərək səhhətindən danışıb:

"Təəssüf ki, son üç ayda vəziyyətim getdikcə pisləşir. Həbsimdən iki il əvvəl mənə “hipertrofik kardiomiopatiya” diaqnozu qoyuldu və həqiqətən də dərhal cərrahiyyə əməliyyatı tövsiyə olundu. Təəssüf ki, həbsxanada olduğum müddətdə ürəyimin vəziyyəti nəzarətdən çıxdı. Dərmanların dozasını artırsa da, vəziyyəti pisləşdi. Dörd ay əvvəl huşumu itirməyə başladım. Dörd ay ərzində yeddi dəfə huşumu itirdim". 

O, həbsxanadakı yeməklərdən narazı olduğunu dilə gətirib:

"Həbsxanada verilən yeməklər həqiqətən zərərlidir. Təbii ki, bəziləri qəzəblənəcək; bura həbsxanadır, hotel deyil. Amma unutmayın ki, məhbus da olsanız hər kəsin sağlam yaşamaq hüququ var. Çünki bizə öz yeməyimizi bişirməyə icazə verilmir, verilən yeməkləri yeməyə məcbur oluruq. Minlərlə insan gündə iki dəfə yemək alır. İstifadə olunan yağlar da zərərlidir. Mən adətən yeməyi yeməzdən əvvəl qaynar su ilə yumağa çalışıram, lakin bu üsul çox vaxt nəticə vermir. Bu şərtlər altında ürək-damar sağlamlığımı qorumaq mümkün deyil. Bağırsaq və mədə problemləri də buna görə yaranır.Təəssüf ki, bufetdə əsasən qablaşdırılmış yeməklər təklif edirlər.

İndiyə qədər 30 kilo arıqlamışam və çəkim hələ də azalmaqda davam edir. Çox əzələ itirmişəm. Daha çox pendir, qatıq, yulaf əzməsi, xiyar, pomidor, meyvə yeməyə çalışıram. Bu, yeddi aydır ki, belədir, lakin buna baxmayaraq, qollarımda və ayaqlarımda güclü zəiflik yaranıb. Məndə demək olar ki, heç bir əzələ qalmayıb. Həyətdə gəzməyə çalışıram, amma nəfəs darlığından özümü buna güclə məcbur edirəm. Mən həqiqətən çətin vəziyyətdəyəm. Bir sözlə, həm ürəyim, həm də ağlım üçün kritik bir dövrdəyəm. Hər an qəfil ürəktutma baş verə bilər və həyatda qalmaya bilərəm. Bu qorxu ilə yaşamaq ağırdır".

Barım çalışdığı aktyorlara TRT kanalının layihərində yer almağa icazə verməməsi ilə bağlı gəzən söz-söhbəti isə belə cavablayıb:

"Mən şirkətdəki müvafiq departamentdən son illərdə aktyorlarımızın TRT və Tabii platformasında neçə layihədə yer aldığını araşdırmasını xahiş etdim. Son illərdə 28 aktyorumuz təxminən 25 TRT və Tabii layihəsində rol alıb. Deməli, qeyd etdiyiniz təsəvvür yaransa da, təqdim etdiyimiz rəqəmlər bunun həqiqətə uyğun olmadığını açıq şəkildə sübut edir. TRT-nin ən uğurlu layihələrindən biri olan “Masumlar apartmanı”nın baş rol ifaçılarından üçü bizimlə işləyir. TRT-nin başqa bir uğurlu layihəsi olan "Payitaht"ın baş rol ifaçısı, birlikdə işlədiyimiz başqa bir aktyordur. Tabii-nin təqdimat layihəsi olan “Mövlana”nın baş rol ifaçısı da bizimlə çalışır. Gördüyünüz kimi, iddialar yalandır. Onu da əlavə etmək istərdim ki, menecer sadəcə bir vasitəçidir. Menecerin rolu aktyor və prodüser arasında iş əlaqəsini təşkil etmək və müqavilə bağlamaqdan ibarətdir. Prodüser bir aktyorla işləmək istəyir. Ssenari və obraz aktyorun xoşuna gəlsə, oynayacaq, bəyənməsə, rol almayacaq".

Barım əməkdaşlıq etdiyi prodüserlərin onu yarı yolda qoyduğunu vurğulayıb:

"Birlikdə işlədiyim bir çox prodüserlərə dedim ki, “zəhmət olmasa, açıqlama verin, deyin ki, aktyorları kim seçib, seriala kim rəhbərlik edib”. Ancaq iki prodüserdən başqa heç kim müdaxilə etmək istəmədi. Onlar mənə sahib çıxmadılar, bunu heç vaxt unutmayacağam. Qorxsam da, vicdanım buna heç vaxt yol verməzdi. Aktyorlara gəlincə, mənə dəstək olmaq istəyəndə anonim trol hesabları tərəfindən tənqid atəşinə tuş geldilər. Sonra da aktyorları məni tək qoymaqda ittiham etdilər”.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
2
axsam.az

1Mənbələr