AZ

Orxan Məmmədov KOB-ların əsas transformasiya istiqamətlərindən DANIŞDI

"Gündəliyimizdə iki əsas istiqamət mühüm yer tutur. Bunlar KOB-ların rəqəmsallaşması və yaşıl keçididir. Bunlar KOB-ların əsas transformasiya istiqamətləridir".

BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, bu fikirləri I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən panel müzakirəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov bildirib.

Onun sözlərinə görə, rəqəmsallaşma və yaşıl keçid istiqamətləri KOB-ların davamlı inkişafına xidmət edir:

"Bu istiqamətlər sahibkarların daha dayanıqlı iş yerləri yaratmasına və iqtisadi dəyişikliklərə hazır olmasına imkan verəcək. KOBİA COP29 çərçivəsində KOB-lar üçün qlobal iqlim hərəkatının yaradılması təşəbbüsü ilə çıxış edib və "KOB-ların yaşıl keçid üçün Bakı İqlim Koalisiyası haqqında Birgə Bəyannamə"yə start verib. Artıq 20-dən çox yerli və xarici təşkilat bəyannaməni dəstəkləyir. Qoşulma prosesi açıqdır və təbliğat işləri davam etdirilir".

Seçilən
4
2
far.az

3Mənbələr