Bunu Demokrat.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib. Onun sözlərinə görə, Tramp və Ərdoğan arasında müzakirə ediləcək mövzuların siyahısı kifayət qədər genişdir:

“Bu mövzulara Türkiyənin ABŞ-dən F-16 və F-35 qırıcıları alması ilə bağlı uzun müddətdir davam edən proses də daxildir. Eyni zamanda, Yaxın Şərq mövzusu da böyük ehtimalla görüşün gündəliyinə daxil ola bilər. Ukrayna müharibəsi ətrafında yaranmış situasiya da iki lider arasında müzakirə predmeti ola bilər. Nəhayət, müzakirə ediləcək mövzuların siyahısına Cənubi Qafqaz da daxil ola bilər. Çünki bu regionda hər iki dövlətin maraqları mövcuddur. Xüsusən, Zəngəzur dəhlizi mövzusu həm ABŞ-ı, həm də Türkiyəni yaxından maraqlandıran mövzudur”.
Cavidan Mirzəzadə
Demokrat.az