AZ

Corab satan aktyor nazirlikdən cavab gözləyir: “O qapını bir dəfə döymüşəm...”

Xəbər verdiyimiz kimi, tanınmış aktyor Allahverdi Yolçuyevin sosial şəbəkələrdə corab satarkən çəkilən görüntüləri ictimaiyyət arasında geniş müzakirələrə səbəb olub.

Ardınca onun işlə təmin edilməsi barədə xəbərlər yayılsa da, aktyor bu məlumatları təkzib edib. Daha sonra Allahverdi Yolçuyev bildirib ki, hazırda məzuniyyət dövrüdür və yəqin avqust ayında işlə bağlı qərar verilər.

“Cebheinfo.az”-ın əməkdaşı məsələnin hazırda nə yerdə olduğunu öyrənmək üçün Allahverdi Yolçuyevlə əlaqə saxlayıb.

Tanınmış aktyor münasib işlə təmin olunmağı barədə Mədəniyyət Nazirliyindən hələ də cavab ala bilmədiyi deyib:

“Mən o qapını bir dəfə döymüşəm. Onlar da dedilər ki, həll edib cavab verəcəyik. Amma hələ də cavab yoxdur. Ona görə də mən bu barədə danışmağa əsas görmürəm. Əgər cavab yoxdursa, deməli, hələlik heç nə yoxdur. Olacaqmı, onu artıq bilmirəm.

Mənim üçün teatr fərqi yoxdur. Əsas odur ki, dərmanlarımı almaq üçün pulum olsun. Qalanı önəmli deyil. Rol oynamağa gəlincə, yəqin ki, artıq yaşlı obrazları canlandırmağın vaxtı çatıb. Şah Qacar, Kral Lir və bu kimi rollar mənim ürəyimdəki arzulardır. İndi fürsətdən istifadə edib deyirəm. Onların nə vaxt reallaşacağını bilmirəm. Ümumiyyətlə, bütün gün evdə oluram. Əsasən ailəmlə məşğul oluram, nəvələr, ailə, gündəlik işlər...”

Seçilən
15
1
cebheinfo.az

2Mənbələr