Xaçmaz Dövlət Peşə Təhsil Mərkəzinin tələbəsi bıçaqlanıb.
Ölkə.az-ın APA-ya istinadən xəbər verir ki, hadisə tənəffüs vaxtı məktəbin yaxınlığındakı parkda qeydə alınıb. Tələbələr arasında yaranan mübahisə nəticəsində rayonun Yalama kənd sakini 2008-ci il təvəllüdlü E.Ş. çoxsaylı kesilmiş-deşilmiş yaralar alıb. O, Xaçmaz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hadisəni törədən E.M. polis tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.