AZ

Bakı Türk Anadolu Liseyi yeni binaya köçdü - FOTOLAR

Sentyabrın 22-də Bakı Türk Anadolu Liseyinin yeni binasının açılış mərasimi oub.

Bu barədə Adalet.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

    Açılış mərasomində  elm və təhsil naziri Emin Əmrullayev ilə Türkiyə Respublikasının milli təhsil naziri Yusuf Tekin iştikar ediblər.

    Tədbir Azərbaycan və Türkiyə Respublikasının Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb və ardınca milli folklor proqramı təqdim edilib.

    Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Birol Akgün çıxışında Azərbaycan–Türkiyə münasibətlərinin qardaşlıq prinsiplərinə əsaslandığını vurğulayıb, iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın uzunmüddətli perspektivdə regionun intellektual inkişafına mühüm töhfə verdiyini qeyd edib. Səfir yeni tədris binasının istifadəyə verilməsini bu strateji əməkdaşlığın bariz nümunəsi kimi dəyərləndirib.

    Türkiyə Respublikasının milli təhsil naziri Yusuf Tekin çıxışında təhsilin xalqlar arasında birliyi gücləndirən ən vacib amillərdən biri olduğunu bildirərək Azərbaycan və Türkiyənin birgə təhsil layihələrinin davamlı şəkildə genişləndiyini diqqətə çatdırıb. Nazir gənclərin müasir bilik və bacarıqlara yiyələnməsini dəstəkləyən birgə proqramların gələcəkdə daha da inkişaf etdiriləcəyini deyib.

    Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev isə çıxışında iki ölkə arasında təhsil sahəsində qarşılıqlı etimad və dəstəyin ildən-ilə gücləndiyini qeyd edib, Bakı Türk Anadolu Liseyinin yeni binasının bu əməkdaşlığın davamlı xarakter daşıdığını göstərən mühüm bir addım olduğunu bildirib. Nazir hər iki ölkə başçısının elm və təhsil sahəsində əməkdaşlığın inkişafına verdikləri dəstəyi xüsusi vurğulayıb.

    Mərasim çərçivəsində xatirə ağacı əkilib, simvolik lentkəsmə mərasimi baş tutub və qonaqlar yeni tədris binası ilə yaxından tanış olublar.

    Seçilən
    13
    adalet.az

    1Mənbələr