AZ

İllik gəlirliliyi 18% olan istiqrazların ticarətə buraxılması üçün qərar verilib

22 sentyabr 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə BOKT "International” ASC-nin 1 milyon manatlıq istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmib.

Bu barədə Marja.az Birjaya istinadən xəbər verir.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı:  BOKT "International” ASC

Dövlət qeydiyyat nömrəsi – İSİN:  AZ2039021020

İstiqrazların növü və forması:  Faizli, təminatsız, sənədsiz, adlı istiqrazlar

Ticarət üsulu/forması:  Kütləvi/ Rəqabətli hərrac

İstiqrazların sayı:  10 000 ədəd

İlkin ticarət qiyməti:  100 manat

İstiqrazların buraxılış həcmi:  1 000 000 manat

İllik gəlirlilik faizi:  18%

Ödəmə Periodu:  İstiqrazlar üzrə hesablanmış faizlər, buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 30 gündən bir ödəniləcəkdir

Tədavül müddəti:  3 il

Ticarətə buraxılma tarixi:  Emitent tərəfindən bildiriləcək

Anderrayter:  “PAŞA Kapital İ.Ş.” QSC

Seçilən
12
1
marja.az

2Mənbələr