AZ

“Hörümçək adam” xəstəxanalıq oldu


“Sony” şirkəti baş rol ifaçısı Tom Hollandın xəstəxanaya yerləşdirilmısindən sonra “Hörümçək Adam: Yeni Gün” filminin çəkilişlərini dayandırmağa məcbur olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Entertainment Weekly” nəşri məlumat yayıb.
Hadisə sentyabrın 21-də Qlazqoda bir ay əvvəl başlayan çəkilişlər zamanı baş verib.
Aktyor təkbaşına mürəkkəb kaskadyorluq hərəkətini yerinə yetirərkən xəsarət alıb. O, təcili yaxınlıqdakı xəstəxanaya yerləşdirilib.
Həkimlər Hollanda yüngül beyin silkələnməsi diaqnozu qoyub. O, lazımi tibbi yardım göstərildikdən sonra evə buraxılıb.
Çəkiliş qrupuna yaxın mənbənin sözlərinə görə, aktyor ehtiyat tədbiri olaraq fasilə vermək qərarına gəlib.
Seçilən
2
yeniavaz.com

1Mənbələr