AZ

Qanunsuz fəaliyyətinə görə CƏRİMƏLƏNDİ

Yazını böyüt
Yazını kiçilt

Bakı şəhəri Səbail Rayon Məhkəməsi “Qaragözova” MMC-yə məxsus klinika barəsində qərar çıxarıb.

Hafta.az xəbər verir ki, klinikada sertifikasiyadan keçməyən həkim-stomatoloqun və tibbi təhsili olmayan şəxslərin diş texniki kimi işləməsi faktı təsdiqlənib.

Araşdırmada məlum olub ki, həkim Hikmət Tahirovun sertifikasiya şəhadətnaməsi 2025-ci ilin iyulunda bitib, sentyabrda yenidən imtahanda iştirak etsə də, uğursuz nəticə göstərib. Bununla belə, o, klinikada həkim yanında əyləşərkən qeyri-rəsmi fəaliyyətlə bağlı şübhələr yaranıb. Bundan başqa, ali və ya orta ixtisas tibbi təhsili olmayan şəxslər “diş texniki” vəzifəsinə götürülüb.

Klinikanın direktoru isə məhkəmədə bildirib ki, həmin vaxt Hikmət Tahirov faktiki işləməyib, mülki geyimdə həkimin yanında oturub. Onun sözlərinə görə, texniki köməkçilər yalnız qəliblərin yuyulması və gips qarışdırılması kimi sadə işlər görüb, tibbi fəaliyyətlə məşğul olmayıblar.

Məhkəmə isə təqdim olunan sənədləri və izahatları qiymətləndirərək, qanunvericiliyin pozulduğunu təsdiqləyib. Nəticədə MMC İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsinə əsasən 6000 manat cərimələnib.

Seçilən
2
4
hafta.az

5Mənbələr