AZ

Rusiya və İran nüvə enerji bloklarının tikintisinə dair saziş imzalayacaqlar

İranın vitse-prezidenti və Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd Eslami Rusiyaya səfəri zamanı Moskva və Tehranın İranda yeni nüvə enerji bloklarının tikintisinə dair saziş imzalayacağını açıqlayıb.

“İki sahil” xəbər verir ki, bu barədə IRNA məlumat yayıb.

"Biz atom elektrik stansiyalarının tikinti sahələrini ziyarət etdik və müqavilə danışıqları apardıq. Bu həftə saziş imzalandıqdan sonra o, avtomatik olaraq layihələndirmə, mühəndislik və digər fəaliyyətlərin inkişaf etdirilməsinin əməliyyat mərhələsinə daxil olacaq", - Eslami bildirib.

Onun sözlərinə görə hazırkı razılaşmaya əsasən, Rusiya İranda səkkiz atom elektrik stansiyası tikir, onlardan dördü Buşəhrdədir.

Seçilən
17
ikisahil.az

1Mənbələr