AZ

"Silk Way West Airlines" Ələtdə yük hava limanının rəsmi açılış mərasiminin təxmini tarixini açıqlayıb

Bakı. Trend:

Ələt Azad İqtisadi Zonasında yükdaşımalar üçün nəzərdə tutulmuşhava limanının rəsmi açılışı 2027-ci ilin birinci rübünəplanlaşdırılır.

Trend xəbər verirki, bunu “Silk Way West Airlines” şirkətinin prezidenti VolfqanqMayer Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiyaForumunda çıxışı zaman deyib.

““Silkway” yerüstü və hava ilə yükdaşınmaları bir arayagətirməklə, qədim İpək yolu boyunca təkcə hava marşrutlarını yox,həm də multimodal marşrutları inkişaf etdirəcək. Bunun üçün bizyeni yük hava limanı inşa edirik. “Silkway Group” layihəyə 2023-cüilin sonunda başlayıb. İnşası gələn ilin sonuna yekunlaşacaq, rəsmiaçılış mərasimi isə 2027-ci ilin birinci rübündə baş tutacaq”,-deyə şirkətin prezidenti vurğulayıb.

O, aeroportun Ələt Azad İqtisadi Zonasında yerləşəcəyini qeydedib və bildirib ki, yük aviadaşımaları və logistikanın tammiqyaslıekosisteminin yaradılması planlaşdırılır.

“Bu, "yaşıl" aeroport olacaq: onun damına günəş panelləriquraşdırılacaq, nəqliyyat üçün isə elektrik və hidroenerji iləişləyən vasitələrdən istifadə ediləcək. Bu, gələcəyin aeroportudur– ekoloji baxımdan təmiz yük habı”, – şirkət prezidenti izahedib.

Məqalədə:
Seçilən
0
7
az.trend.az

8Mənbələr