AZ

“Ter Petrosyan sülhə nifrət edir” Paşinyanın silahdaşı sabiq prezidentə cavab verdi

ain.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.

“Birinci prezidentin son zəhərli çıxışı ilə bağlı yalnız bir şeyi demək olar: o, sülhə nifrət edir, çünki sülhü gətirən o yox, Paşinyan olub”.

“AzPolitika” xəbər verir ki, bunu Ermənistandakı hakim “Mülki Müqavilə” partiyasından olan deputat Arusyak Culhakyan “Facebook” səhifəsində yazıb.

Qeyd edək ki, Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan bu gün sosial şəbəkədəki paylaşımında Nikol Paşinyanı təhqir edib. O qeyd edib ki, Paşinyanın həyasızlığının həddi-hüdudu yoxdur: "Ermənistanın müstəqilliyinin ildönümü Paşinyan üçün heç bir halda bayram deyil. O, bu müstəqilliyə nifrət edir, çünki onu gətirən o deyil, başqalarıdır. Bir şey dəqiqdir: Paşinyan artıq məşhur erməni satqınlarının xatirə lövhəsində özünə "şərəfli" yer ayırıb”.

Beləliklə, Ermənistandakı hakim partiya ilə qatı millətçi və rusiyapərəst müxalifət arasında mübarizə getdikcə kəskinləşir. Gələn il növbəti parlament seçkisinin keçiriləcəyini nəzərə alsaq, bu mübarizənin daha da amansız xarakter alacağını proqnozlaşdırmaq olar.

“AzPolitika.info”   

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
2
azpolitika.info

1Mənbələr