AZ

Karapetyan: Ona qarşı olanları “tatar-monqol” adlandıran biri sülh istəyə bilməz

BAKI, 22 sentyabr. TELEQRAF

“Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın sülh gətirəcəyinə həmişə şübhə etmişəm”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı Mariya Karapetyan deyib.

“Levon Ter-Petrosyanın səhifəsində bəzi cəfəngiyyatlar dərc olunub. Bununla belə, 2017-ci ildə sülh gündəliyinə səs verdiyim üçün peşman deyiləm.

Həmişə şübhə edirdim: Kilikiya haqqında xəyallarla yaşayan və ona qarşı olanları “tatar-monqol” adlandıran siyasi düşüncə bizə çətin ki, sülh gətirsin, amma sülhü dəstəkləmək lazım olan konkret gün var idi, o da həmin gün bunu etmədi”, - deputat bildirib.

Xatırladaq ki, Levon Ter-Petrosyan bundan öncə Baş nazir Nikol Paşinyanın Ermənistanı müstəqil görmək istəmədiyini iddia edib: “Müstəqilliyin ildönümü Paşinyanın bayramı deyil. Çünki o, həmin müstəqilliyə nifrət edir, çünki onu o yox, başqaları gətirib”.

Ermənistanın keçmiş prezidenti paylaşımında açıq şəkildə Cənubi Qafqazda sülhə qarşı çıxaraq, bunun ölkəsinin əleyhinə olduğunu qeyd edib.

Kilikiyaya gəlincə, bu, ermənilərin uydurduğu “tarixi dövlət”dir.

Seçilən
1
3
teleqraf.com

4Mənbələr