AZ

Sabah I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində bir neçə müqavilə imzalanacaq

Bakı, 22 sentyabr, AZƏRTAC

Sentyabrın 23-də I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanacaq müqavilələr iqtisadi və investisiya layihələrini əhatə edəcək.

AZƏRTAC xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov jurnalistlərə açıqlaması zamanı deyib.

Nazir qeyd edib ki, avqustun 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistan Baş naziri Nikol Paşinyanın imzaladığı sənədin məntiqi nəticəsi olaraq Cənubi Qafqaz bölgəsində iqtisadi fəallığın artırılması üçün imkanlar genişlənməkdədir.

“Forum iştirakçılarının sayına və keyfiyyətinə nəzər saldıqda Azərbaycanda biznesin həyata keçirilməsi üçün marağın hansı səviyyədə olduğu aydın görünür. Siyasi nöqteyi-nəzərdən forum Prezident İlham Əliyevin himayəsi altında həyata keçirilir”, - deyə nazir vurğulayıb.

Seçilən
15
3
azertag.az

4Mənbələr