Türkiyədə topdansatış bazarında müəssisələrin birində güclü partlayış baş verib.
Milli.Az xəbər verir ki, hadisə Antalya vilayətinin Demre bölgəsində qeydə alınıb.
Partlayışın səbəbi hələlik müəyyən edilməyib.
İlkin məlumata görə, partlayış nəticəsində 4 nəfər yaralanıb. Yaralılardan birinin öldüyü iddia edilib, lakin dəqiq məlumat yoxdur.
Hadisə yerinə çoxsaylı təcili tibbi yardım briqadaları və xilasetmə qrupları cəlb edilib.
Fidan
Milli.Az