AZ

Humanoid robotların istehsalı artır - Foto

Humanoid

"Boston Dynamics" şirkəti (ABŞ) ötən il tam elektriklə işləyən, eyni zamanda da daha manevrli "Atlas" modelini təqdim etdikdən sonra humanoid robototexnika sahəsində rəqabət güclənib.

Reyting.az
xəbər verir ki, hazırda "Figure AI", "Tesla", "Unitree" və "1X Technologies", həmçinin digər bu cür texnologiya şirkətləri yeni nəsil humanoidlərin üzərində işləyirlər.

"Figure AI" şirkəti bu sahədə xeyli irəliləyiş əldə edib. Artıq şirkət real müştərilərə robot satmağa başlayıb və 1 il ərzində 12 minədək belə robot istehsal etməyi planlaşdırır.

"1X Technologies" bəyan edib ki, 2025-ci ilin sonuna qədər yüzlərlə bu cür robotları evlərdə yerləşdirməyi hədəfləyiblər.

ABŞ-nın "Figure" şirkəti ilə dünya şöhrətli "BMW" şirkətinin əməkdaşlığı sayəsində isə çox sürətlə humanoidlərin istehsalat xətlərinə çıxışı təmin edilir.



Digər güclü rəqib olan "Sanctuary AI", həmçinin "1X" şirkətinin hər biri isə artıq bu sahədə 100 milyon dollardan çox investisiya cəlb edə bilib.

Hələlik ümumi texniki göstəricilərə görə, Çinin "Unitree" şirkətinin istehsalı olan "Unitree H1" robotu liderdir. "Unitree H1" robotu saniyədə 3,3 metr sürətlə hərəkət etməklə, dünyada ən sürətli humanoid hesab olunur.

Ekspertlər bildirirlər ki, humanoid robotlar artıq tədqiqat mərhələsindən çıxıb və indi onlar ev təsərrüfatı, sənaye tətbiqlərinə, digər sahələrə doğru böyük sürətlə addımlayırlar.

Oqtay QORÇU
Seçilən
8
1
reyting.az

2Mənbələr