AZ

Zelenski Silahlı Qüvvələrin bölmələrinin xaricə göndərilməsinə icazə verəcək qanunu təqdim edib

Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin Silahlı Qüvvələrinin bölmələrinin xaricə göndərilməsinə icazə verəcək qanun layihəsini təqdim edib.

APA xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.

Məlumatda bildirilib ki, qanunun qəbul olunması ilə Ukrayna Silahlı Qüvvələrinin bölmələrini rəsmi olaraq xaricə göndərməyə icazə vermək Türkiyə və Böyük Britaniya kimi müttəfiqlər və tərəfdaşlarla daha sıx əməkdaşlığa doğru bir addımdır. Bu, təlimlərə, birgə əməliyyatlara, təcrübə mübadiləsinə və ya milli təhlükəsizlik və müdafiə ilə bağlı digər vəzifələrin yerinə yetirilməsinə aid ola bilər.

Seçilən
22
6
apa.az

7Mənbələr