İstanbulda keçirilən “TEKNOFEST-2025” Aerokosmik və Texnologiya Festivalında SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) komandaları mühüm nailiyyətlər əldə ediblər.
BANM-dən AZƏRTAC-a bildirilib ki, bu ali məktəbin “Daşaltı-BHOS” komandası Maliyyə texnologiyaları kateqoriyasında II yerə, “Xudafərin-BHOS” komandası isə Ağıllı nəqliyyat kateqoriyasında III yerə layiq görülüb.
Bundan əlavə, “Aypara-BHOS” komandası Münsiflər heyətinin xüsusi mükafatını, “Zəngəzur-BHOS” komandası isə Maliyyə texnologiyaları kateqoriyasında “Ticarətləşmə potensialı” mükafatını qazanıb.