AZ

Nazir: “Azərbaycan regiona 144 milyard dollar xarici sərmayə cəlb edərək sülh və sabitliyə mühüm töhfə verib”

Energetika naziri Pərviz Şahbazov Bakıda keçirilən 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya
Forumunda “Rəqabətqabiliyyətlilik və Dayanıqlılıq: Mərkəzi Asiya və Cənubi Qafqazın Yaşıl Keçiddə Rolu” adlı panel sessiyada çıxış edib.

Bizim.Media xəbər verir ki, bu barədə Nazirlik məlumat yayıb.

Məlumata görə, Mərkəzi Asiya və Cənubi Qafqaz regionları arasında əlaqələrin güclənməsində Azərbaycan Prezidenti İlham Əliyevin Cənubi Qafqaza sülh və sabitlik gətirən, Zəngəzur dəhlizinin reallaşması ilə Orta Dəhlizin əhəmiyyətini artıran və Mərkəzi Asiya dövlətləri ilə strateji tərəfdaşlığı gücləndirən uzaqgörən siyasətinin mühüm rolu qeyd olunub. Həmçinin bildirilib ki, Azərbaycan indiyədək təxminən 144 milyard dollar xarici sərmayə cəlb edərək regionda Xəzər dənizini beynəlxalq investorlar üçün açıq elan edən, Xəzərdən Aralıq dənizinə, Qara dənizə və Adriatik dənizə enerji dəhlizləri yaradan ilk ölkə kimi bu prosesə mühüm töhfə verib.

“Bakı-Tbilisi-Ceyhan kəməri indiyə kimi Azərbaycandan 540 milyon ton, Mərkəzi Asiyadan isə 53 milyon ton nefti dünya bazarlarına nəql edib. Hazırda Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq “Transxəzər Yaşıl Enerji Dəhlizi” layihəsi üzrə birgə fəalliyətlə yeni dinamika qazanıb.

Bu istiqamətdə ötən il COP zamanı Azərbaycan, Qazaxıstan və Özbəkistan prezidentləri tərəfindən imzalanan üç ölkə arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində Strateji Tərəfdaşlıq haqqında Hökumətlərarası Sazişin və Səudiyyə Ərəbistanının “Mərkəzi Asiya - Azərbaycan Yaşıl Enerji Dəhlizi”ndə investor kimi iştirakını təmin edən İcra Proqramından bəhs edilib. Layihə üzrə qərargahı Bakıda olmaqla “Yaşıl Dəhliz Alyansı” adlı Birgə Müəssisə təsis edildiyi və gələn ay layihənin texniki-iqtisadi əsaslandırmasını (TİƏ) həyata keçirəcək məsləhətçi şirkətin seçilməsi üçün tender keçiriləcəyi diqqətə çatdırılıb. Qeyd olunub ki, ilin sonunadək Asiya İnkişaf Bankı və Asiya İnfrastruktur İnvestisiya Bankının maliyyə dəstəyi ilə TİƏ-nin hazırlanmasına başlanması planlaşdırılır”, - deyə nazir vurğulayıb.

Nazir əlavə edib ki, “Transxəzər Yaşıl Enerji Dəhlizi” digər interkonnektorlarla birlikdə enerji və ekoloji təhlükəsizliklə yanaşı, rəqəmsal və nəqliyyat bağlantılarını da gücləndirərək Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarının geostrateji əhəmiyyətini daha da artıracaq.

Bizim.Media

Seçilən
4
4
bizim.media

10Mənbələr