AZ

“Ecoguard” ekoloji düşərgəsi yekunlaşıb - FOTO

Gənclərdə ekoloji düşüncənin inkişafı, təbiətin qorunması sahəsində maarifləndirmənin gücləndirilməsi və könüllülərin ekoloji fəaliyyətlərdə daha fəal iştirakına dəstək göstərmək məqsədilə Ədliyyə və Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Azərbaycan Respublikası Gənclər Fondunun, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, Aqrar, Ekologiya və Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyinin,"Coca-Cola" şirkətinin,  "Ədliyyə Könüllüləri" İctimai Birliyinin və "Gənc Könüllülər" İctimai Birliyinin birgə təşkilatçılığı ilə təşkil olunan “Ecoguard” ekoloji düşərgəsi uğurla başa çatıb.

Düşərgə çərçivəsində iştirakçılar üçün ekoloji fəaliyyətlər və maarifləndirici sessiyalar keçirilib, Xəzər dənizinin Nabran sahilində iməcilik təşkil olunub.

Maarifləndirici görüşlər çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin mütəxəssisi Nigar Yusifova gənclərə “Biomüxtəlifliyə antropogen təsirlər”, Milli Hidrometeorologiya Xidmətinin İqlim Dəyişmələri Mərkəzinin direktor müavini Aygün Nərimanova isə “İqlim dəyişmələri və iqlim fəaliyyətləri” mövzularında geniş təqdimatlarla çıxış ediblər.

Düşərgənin sonunda iştirakçılara sertifikatlar və təşəkkürnamələr təqdim olunub.


Seçilən
5
ekologiya.az

1Mənbələr