AZ

"Sea Breeze" təşəbbüsü çərçivəsində yeni əməkdaşlıq memorandumları imzalanıb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində "Sea Breeze Resort"un sahibi və təsisçisi, həmçinin "Agalarov Development" şirkətinin prezidenti Emin Ağalarov bir sıra şirkətlərin rəsmiləri ilə mühüm sənədlər imzalayıb.
Oxu.Az xəbər verir ki, imzalanan sənədlər aşağıdakıları əhatə edir:
"Sea Breeze Resort" və "InterContinental Hotel Group (IHG) Crowne Plaza" - "Resort"da "Crowne Plaza" standartlarına uyğun xidmətlərin tətbiqi nəzərdə tutulur. Memorandumu Emin Ağalarov və IHG-nin MDB, Türkiyə və İsrail üzrə inkişaf direktoru Aleksis Foya imzalayıb.
"Sea Breeze Resort" və "Radisson Hotel Group" "Radisson Blu" - Memorandum qonaqlara yüksəksəviyyəli konfrans və istirahət imkanlarının yaradılmasını təmin edəcək. İmzalanma mərasimində Emin Ağalarov və "Radisson Blu"nun Şərqi Avropada biznesin inkişafı üzrə vitse-prezidenti Devid Cenkins iştirak edib.
"Sea Breeze Resort" və "Accor Group Rixos" - Memorandum çərçivəsində resortda "Rixos" hotel xidmətləri tətbiq olunacaq və regionda lüks turizmin inkişafına töhfə veriləcək. Memorandumu Emin Ağalarov və "Accor Group"un MEAIT və "Rixos" üzrə baş inkişaf meneceri Ritvika Sethi imzalayıblar.
"Sea Breeze Resort" və "Digital Residence" - Memorandum resortun rəqəmsal infrastrukturunun gücləndirilməsini və onlayn rezervasiya xidmətlərinin inkişafını əhatə edir. İmzalanma mərasimində Emin Ağalarov və "Digital Residence"-in layihə meneceri Denis Rudnik iştirak ediblər.
Tibbi turizm və "Sea Breeze Health Valley" layihəsi - Memorandum tibbi turizmin inkişafını və sağlamlıq xidmətlərinin beynəlxalq standartlara uyğunlaşdırılmasını təmin edəcək. Sənəd Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid və "Sea Breeze Health Valley"in idarəedici direktoru Konstantin Qrinfeld tərəfindən imzalanıb.
Səhiyyə investisiyaları və klaster inkişafı üzrə strateji əməkdaşlıq - Memorandum səhiyyə sektorunda investisiyaların artırılmasını və klaster modelinin inkişafını nəzərdə tutur. Memorandumu Azərbaycan Biznesin İnkişafı Fondunun Baş Direktoru Yasin Cəlilov və Konstantin Qrinfeld imzalayıblar.
"Sea Breeze Resort", "Sana Hospital Group" və "Don Agro International" - Memorandum tibbi turizm, səhiyyə və kənd təsərrüfatı sektorlarının inteqrasiyasını və "Sea Breeze Health Valley" layihəsinin inkişafını əhatə edir. Memorandumu Konstantin Qrinfeld, "Sana Hospital Group"un beynəlxalq direktoru Sven Hayninger və "Don Agro International"ın baş icraçı direktoru Marat Devlet-Kildeyev imzalayıblar.
Məhərrəm Əliyev
Seçilən
26
4
oxu.az

8Mənbələr